reklam
Regionxeberlericom.az » Hadisə » Almaniyada azərbaycanlı sahibkarın maşınını yandırdılar

reklam

Almaniyada azərbaycanlı sahibkarın maşınını yandırdılar


Almaniyanın Köln şəhərində azərbaycanlı sahibkarın maşını yandırılıb.

regionxeberlericom.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisəni törədən şəxs əvvəlcə Kölndə Vüqar Əsgərova məxsus kafenin divarına irqçi sözlər yazıb. O, daha sonra V.Əsgərovun maşınının şüşələrini sındıraraq od vurub.

Azərbaycanlı sahibkar Almaniya mediasına açıqlamasında ona qarşı cinayət əməli törədən şəxsin iş yerində müştəriləri narahat etdiyini bildirib:

“Çölə çıxmasını xahiş etdim. Bundan narahat oldu və məni hədələməyə başladı. Mənə dedi ki, “sən kimsən ki, məni Almaniyadan qovursan”. Avtobus sürücüsü polis çağırmaq məcburiyyətində qaldı. Gələn polislərin yanında da məni təhqir etdi. “Bu azərbaycanlıdır, Azərbaycana qayıtmalıdır, bizim ölkəmizdə bizə qadağa qoyurlar” dedi.

V.Əsgərov polislərin tədbir görməməsindən dolayı görə, sözügedən şəxsin öz əməllərinə davam etdiyini bildirib:

“Bu səfər də gəlib iş yerinin divarına “nasist donuzları” yazıb ox çəkir. Yenə də polis çağırıb görüntüləri göstərdim. Tədbir görərik desələr də, heç nə etmirlər. Məqsədi obyekti yandırmaq idi. Qarşısını almaq olardı, lakin etmirlər”.


Paylaş:


Müəllif : Tarix:
22-07-2020, 13:24
Sikayət   


loading...
Загрузка...