Azərbaycanlılara qarşı terror hazırlığı: - XİN soydaşlarımızı necə qoruyacaq?
İşğalçı ermənilər təxribatlarını yalnız Azərbaycanın sərhəd zonalarında, Dağlıq Qarabağda deyil, xaricdə də törətməkdədirlər.
Belə ki, ermənilər təşkilatlanaraq xaricdəki azərbaycanlılara zor tətbiq edib, onlara qarşı vəhşilik nümayiş etdiriblər. Ermənilərin bu vəhşiliklərinin getdikcə azərbaycanlılara qarşı terrora çevrilmə ehtimalı artır. Bu tarixən də belə olub.
Hələ XX əsrin əvvəllərindən də ermənilərin azərbaycanlı fəallara qarşı terror aktı təşkil etdikləri məlumdur.
Azərbaycan hökuməti, ermənilərin getdikcə terror aktına çevrilmə ehtimalı olan bu zor tətbiqlərindən xaricdəki soydaşlarımızı qorumaq üçün hansı tədbirləri görməlidir?
Millət vəkili Fazil Mustafa Cebhe. info-ya açıqlamasında deyib ki, ermənilərin bu hərəkətinə biz hüquqi yolla cavab verməliyik:
“Ermənistanın terrorçuluq ənənələri var. Ona görə də bizim bu məsələdə bir az ehtiyatlı olmağımız lazımdı və hüquqi çərçivədən kənara çıxmaq olmaz. Xüsusən də Rusiya məkanında bunu etməmək lazımdır. Hər halda bu məsələdə daha diqqətli olmalıyıq. Əsas mübarizə Qarabağda, döyüş xəttində gedir. Diqqətimizi daha çox ora yönəltməliyik. Amma təbii ki, müəyyən cavablar verilməlidir, verildi də. Lakin hüquqi çərçivədən kənara çıxmaq bizə ziyan edər. Yəni bütövlükdə biz bu qarşıdurmaya qeyri-qanuni cavab versək, hüquq-mühafizə orqanlarını özümüzə qarşı yönləndirib sonra daha böyük azərbaycanlı qüvvəsinin sıradan çıxarılmasına səbəb ola bilərik. Yəni yerli-yersiz cavab tədbirləri ilə keçinə bilmərik. Biz hüquqi yolla cavab verməliyik. Məsələn, ermənilər vəhşilik edirsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Həmrəylik tədbirlərinə də daha çox qüvvə çıxarmaq lazımdır. İndi əsas atılacaq addım qardaş Türkiyə dövlətindən gəlməlidir. Avropada və ABŞ-da, eləcə də dünyanın başqa yerlərində bütün dövlətlə əlaqəsi olan türk birliklərinə azərbaycanlılarla birlikdə hərəkət etmək, dinc tədbirlərə birlikdə qatılmaq tapşırığı verilməlidir. Bunu qardaş Türkiyə rəhbərliyindən təcili xahiş etməliyik. Siyasi baxışlarından asılı olmayaraq bütün fəal azərbaycanlıların bir-biri ilə sıx kontaktını yaratmalıyıq. Türk və müsəlman diasporası ilə birgə danışıqlar aparıb ortaya daha böyük güc qoymaq lazımdır. Bu dəfə tədbirlərdə onlardan çox olaq ki, hücum etməyə cəsarətləri olmasın. Buna imkanımız var, lakin birliyimiz yoxdur. İndi bütün enejimizi bu birliyin mümkün yollarını tapmağa yönəltməliyik. Diplomatik qurumlarımız bu barədə çalışmalıdır”.
Millət vəkili hesab edir ki, xaricdəki soydaşlarımızın qorunması üçün XİN bu istiqamətdə danışıqlar aparmalıdır:
“Ermənilərin azərbaycanlılara hücum etdiyi ölkələrin müəyyən rəsmi qurumları ilə bu istiqamətdə dərhal təmaslar olmalıdır. Xarici İşlər Nazirliyi bu istiqamətdə danışıqlar aparmalıdır və təhlükəsizliyin qorunması ilə bağlı ciddi tədbirlər görülməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2020, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2020, 15:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01