reklam
Regionxeberlericom.az » Hadisə » Dənizdə batan iki nəfərdən birinin meyiti tapıldı

reklam

Dənizdə batan iki nəfərdən birinin meyiti tapıldı


İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


Paylaş:


Müəllif : Tarix:
1-08-2020, 12:39
Sikayət   


loading...
Загрузка...