reklam
Regionxeberlericom.az » Hadisə » AzTV-nin əməkdaşını şantaj edən “ARB 24”ün keçmiş rəhbərinin oğlu imiş

reklam

AzTV-nin əməkdaşını şantaj edən “ARB 24”ün keçmiş rəhbərinin oğlu imiş

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etməkdə şübhəli bilinən şəxs “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur.
regionxeberlericom.az-un “Qafqazinfo”a istinadən verdiyi xəbərə görə, N. Şəfiyevin oğlu Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olduqdan sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Daha sonra onları qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı instagram səhifəsində paylaşıb.
1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, N.Şəfiyev AzTV, İTV, “Türkel” TV və ARB 24 televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında “ARB 24” telekanalının rəhbəri vəzifəsindən çıxarılıb. Həmin zaman onunla birgə oğlu Allahverdi Şəfiyev də redaktor vəzifəsindən azad olunub. Nadir Şəfiyev 2019-cu ildə İsmayıllı rayonunun Basqal kəndində bələdiyyə üzvü seçilib.


Paylaş:


Müəllif : Tarix:
10-08-2020, 15:53
Sikayət   


loading...
Загрузка...