Nazirlik işçisi koronavirusdan ölüb? - RƏSMİ AÇIQLAMA
“Sosial şəbəkələrdən birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində bir neçə əməkdaşın koronavirusa yoluxması, bəzi sakinlərdə virus əlamətlərinin müşahidə olunması, bir nəfərin COVID-19-dan vəfat etməsi barədə yazılanlar əsassızdır”.
regionxeberlericom.az “MediaPost”-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib. o bildirib ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bütün sosial xidmət müəssisəsində, o cümlədən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində ciddi profilaktik tədbirlər görülür:
"Həmçinin sakinlərin tez-tez müayinəsi aparılır, onların koronavirusdan qorunması üçün bütün işlər görülür. İşçi personalın da müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.
Bu tədbirlərin müsbət nəticəsi kimi, həmin müəssisənin kollektivində və müəssisənin sakinlərində indiyə qədər COVID-19-a yoluxma halı aşkar edilməyib".
M.Həşimovun sözlərinə görə, müəssisənin sakinlərindən olmuş Yusifov Anar Qəzənfər oğlunun ölüm səbəbinin də COVİD-19-la əlaqəli olmadığı müəyyən edilib:
“Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müayinələri nəticəsində onun ölüm səbəbinin - qaraciyərin piy distrofiyası nəticəsində baş vermiş kəskin qaraciyər çatışmazlığı ilə bağlı olduğu aşkar edilib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-08-2020, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-08-2020, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Bu gün, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
Dünən, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Dünən, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Dünən, 08:27