reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda son sutkada 137 nəfər COVID-19-a yoluxub, 83 nəfər sağalıb, 2 nəfər vəfat edib

reklam

Azərbaycanda son sutkada 137 nəfər COVID-19-a yoluxub, 83 nəfər sağalıb, 2 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.


Paylaş:


Müəllif : Tarix:
27-08-2020, 16:18
Sikayət   


loading...
Загрузка...