Sabirabad sakinindən narkotik və silah götürülüdü
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli olan rayonun Cəngan kənd sakini, əvvəllər məhkum edilmiş Şahin Hüseynov saxlanılıb.
Ş.Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 27 ədəd çətənə kolu və çəkisi 14 kq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin Ş.Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi 1 ədəd tüfəng də maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2020, 12:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2020, 12:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti