reklam
Regionxeberlericom.az » Hadisə » Gəlinin qayınatasını bıçaqlaması ilə bağlı YENİ XƏBƏR: - 20 gün əvvəl...

reklam

Gəlinin qayınatasını bıçaqlaması ilə bağlı YENİ XƏBƏR: - 20 gün əvvəl...


Astarada gəlinin qayınatasını bıçaqlaması ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

regionxeberlericom.az-un Lent.az-a istinadən əldə etdiyi məlumata görə, hadisəni törədən 25 yaşlı Aysel Axundova bundan öncə ailədə yaranan söz-söhbətlər səbəbindən xəstəlikdən əziyyət çəkən azyaşlı uşağını da götürərək atası evinə gedib. Səbəbi isə həyat yoldaşı və yük avtomobili ilə daş karxanasında işləyən qayınatasının spirtli içki qəbul edərək evdə narahatlıq yaratmaları olub. A.Axundovanın 20 gün əvvəl atası evindən qayıtdığı bildirilir. Lakin ailədə yenə oxşar söz-söhbət yarandığı üçün gecə saatlarında 25 yaşlı gəlin 60 yaşlı qayınatasını kürəyindən bıçaqlayıb.

Bıçaqlanan Nadir Axundov Lənkəran şəhərində əməliyyat olunub. A.Axundova isə saxlanılıb.

***

Saat: 23:59

Astarada bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, Aysel Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, onun yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub və nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Artıq polis əməkdaşları tərəfindən saxlanılan A.Axundova törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
14-09-2020, 12:24
Sikayət   


loading...
Загрузка...