Şəmkirdə müəmmalı yanğınlar - Kənd sakinlərinin yuxusu ərşə çəkilib
Son günlər Şəmkirin Zəyəm Cırdaxan kəndinin sakinləri gecədən səhərə həyəcan keçirirlər. Yuxularını ərşə çəkən isə kiminsə və ya kimlərinsə gecələr evlərə od vurmasıdır.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gün ərzində kənd sakinlərinə məxsus 4 ev, 10-a yaxın mal-qara tövləsi və ot tayaları yandırılıb. Bu səbəbdən 2 min ev, 10 min əhalisi olan kənd sakinləri hamısı narahatdır. Zəyəm Cırdaxanlılar növbəti yanğının onların başına gəlməməsi üçün gecələr oyaq qalırlar. Onlar yanğınların kim və ya kimlər tərəfindən törədilməsinin məlum olmadığını deyirlər. Baş verənlərlə bağlı kənddə müəmmalarla dolu fikirlər dolaşır, videolar paylaşılır, qəribə məxluqun kadrlara düşdüyü iddia olunur.
Lakin bütün bu kim fərziyyələrə sakinlər özləri də inanmır. Onlar evlərə od vuranın məhz insan olduğunu deyirlər. Amma kimin və ya kimlərin olduğunu isə müəyyən edə bilməyiblər. Evində yanğın olan Nargilə Əhmədova sakinlərin səbəbkarı aşkarlamaq üçün gecələri oyaq qaldıqlarını bildirib:
"Gecə təxminən saat 2 olardı. Nəvəm mənə bildirdi ki evimiz yanır. Baxdım ki, yol tərəfdən ev yanır. Tövlələr və əl damı yandı. İçərisində un, dən, taxılımızın hamısı yandı. Bizdəki artıq dördüncü yanğın idi. Bizdən sonra da neçəsini yandırıblar".
Artıq hadisələrlə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bunu kənd icra nümayəndəsi İsmayıl Burciyev bildirib. O qeyd edib ki, hadisənin səbəbkarlarının axtarılıb tapılması istiqamətində işlərə başlanıb.
Zəyəm Cırdaxan sakinləri ümid edir ki tezliklə bu yanğında əli olanlar aşkar edilib qanun qarşısında cavab verəcəklər. Yalnız bundan sonra kənd rahat nəfəs alacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2020, 10:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-09-2020, 10:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Bu gün, 11:52