reklam
Regionxeberlericom.az » Hadisə » Ali Məhkəmə Təyminə Abdullayevanın şikayətini rədd etdi

reklam

Ali Məhkəmə Təyminə Abdullayevanın şikayətini rədd etdi


Ali Məhkəmə tanınmış biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevanın şikayəti ilə bağlı qərar verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, T.Abdullayeva Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə, yəni bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilərək ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. T.Abdullayeva elektron qolbaq taxmaqla müəyyən olunmuş vaxtda və müəyyən olunmuş ərazidə hərəkət edə bilər.

O isə bu qərardan narazı qalaraq apelyasiya şikayəti vermişdi. İkinci instansiya məhkəməsi hökmü qüvvədə saxlamışdı. Ali Məhkəmənin hakimi Fərhad Kərimov da T.Abdullayevanın kassasiya şikayətini rədd edib. Onun cəzası elektron qolbağın taxıldığı gündən hesablanacaq.

Rəsmi ittihama görə, T.Abdullayeva əri Barat Abdullayevin onun adına aldığı mənzili onun xəbəri olmadan satmaq üçün öz şəxsiyyət vəsiqəsini dəyişib və bilərək saxtalaşdıraraq orada özünü “subay” kimi qeyd etməklə lizinq şirkətinə girov qoyub və dəyəri 2 milyon olan mənzilin müqabilində 135 min manat alaraq mənimsəyib. T.Abdullayeva dələduzluq və sənədləri saxtalaşdırmağa görə 9 il müddətinə azadlıqdan məhrum edilib, 2 il sonra əfv edilərək azadlığa çıxıb.

Məsələnin üstü açılanda isə pulu Səkinə İsmayılovaya falçılıq etməsi üçün verdiyini deyib. Təyminə Yusifovanın yalan ifadələri, bacısı Rənanı, bacısı qızı Esmiranı və digər qohumlarının şahid kimi verdiyi ifadələri əsasında S.İsmayılovaya cinayət işi açılıb və həbs edilib. Lakin hər üç instansiya məhkəməsi S.İsmayılovaya bəraət verib.

Bundan sonra S.İsmayılova T.Abdullayevanın ona böhtan atmasında şikayətçi olub və bu dəfə T.Abdullayeva bilə-bilə yalan xəbərçilik etməkdə ittiham olunaraq məhkum olunub.


Paylaş:


Müəllif : Tarix:
15-09-2020, 15:57
Sikayət   


loading...
Загрузка...