reklam
Regionxeberlericom.az » Hadisə » "Azərsu"nun avtomobili qəzaya düşdü, xəsarət alanlar var - FOTO

reklam

"Azərsu"nun avtomobili qəzaya düşdü, xəsarət alanlar var - FOTO

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza "Stansiya Sumqayıt" deyilən ərazidə baş verib. "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı minik avtomobili su daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Əliyev Rəhman Şükür oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Musa oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşad İlyas oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
1-05-2019, 14:07
Sikayət   


loading...
Загрузка...