reklam
Regionxeberlericom.az » Hadisə » Sumqayıtda yaşayış binasında yanğın olub, 12 nəfər TƏXLİYYƏ EDİLİB

reklam

Sumqayıtda yaşayış binasında yanğın olub, 12 nəfər TƏXLİYYƏ EDİLİB


Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda ev 4-də baş verib. Belə ki, blokların birinin 3-cü mərtəbəsində elektrik sayğacları yerləşən qutuda 8 ədəd sayğac, elektrik açarları və 6 paqonometr kabel yanıb. Yuxarı mərtəbələrdən tüstülənmiş mənzillərdən 12 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə olunub.

Hadisə yerinə 2 ədəd yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.


Paylaş:


Müəllif : Tarix:
1-05-2019, 22:05
Sikayət   


loading...
Загрузка...