Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü
Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.
“Report”un xəbərinə görə, hadisə avqust ayında qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla aparılıb. O, saxlanıldığı Abşeron rayonu, Xırdalan şəhərində döyülüb.
Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.
Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Hadisə ilə bağlı Abşeron rayonu, Xırdalan şəhər sakinləri Rasim Ramazanov və Xanlar Balayev polis əməkdaşları tərəfindən tutulub. Onlardan odlu və soyuq silah aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-09-2020, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.
“Report”un xəbərinə görə, hadisə avqust ayında qeydə alınıb.Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla aparılıb. O, saxlanıldığı Abşeron rayonu, Xırdalan şəhərində döyülüb.
Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.
Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Hadisə ilə bağlı Abşeron rayonu, Xırdalan şəhər sakinləri Rasim Ramazanov və Xanlar Balayev polis əməkdaşları tərəfindən tutulub. Onlardan odlu və soyuq silah aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Paylaş:
Müəllif :
Fuad
Tarix:22-09-2020, 11:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti