reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda 3 yaşlı qızı oğurlamaqda təqsirləndirilən qadına hökm oxundu

reklam

Bakıda 3 yaşlı qızı oğurlamaqda təqsirləndirilən qadına hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Novruz Kərimovun sədrlik etydiyi iclasda hökm oxunub.

Hökmə əsasən, T.Nəzərova 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Üçyaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.

T.Nəzərovaya Cinayət Məcəlləsinin 144.3-cü ( adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.


Paylaş:


Müəllif : Tarix:
24-09-2020, 12:27
Sikayət   


loading...
Загрузка...