Tərtərdə məhkəmə binasının yanına mərmi düşdü, ölən və yaralananlar var - RƏSMİ
Tərtərdə ermənilərin atəşi nəticəsində mülki vətəndaşın həlak olması ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində bu gün saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub. Həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-09-2020, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-09-2020, 13:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52