Ermənilər Füzulidə mülki əhalini atəşə tutdu - Bir nəfər dünyasını dəyişdi
Xəbər verdiyimiz kimi, sentyabrın 27-i səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.
Şiddətli döyüşlərin getdiyi, Ordumuzun böyük uğurlar qazandığı istiqamətlərdən biri olan Füzulinin cəbhə bölgəsində olan kəndləri düşmən tərəfindən hədəfə alınıb.
Gecə saatlarından etibarən ermənilər rayonun Zobucuq 3, Zobucuq 2 qəsəbələrini, Şükürbəyli və Alıxanlı kəndlərini, həmçinin Horadiz şəhərini atəşə tutub.
"Yeni Müsavat" Media Qrupunun Füzuli rayonuna ezam olunmuş reportyorları xəbər verirlər ki, ermənilərin mülki əhalini atəşə tutması nəticəsində Alıxanlı kənd sakini, 1971-ci il təvəllüdlü Səfərov İxtiyar Əvəz oğlu evinin həyətyanı sahəsində olan zaman mərminin ayrılan qəlpələrindən ağır xəsarət alıb.
Nəticədə kənd sakini hadisə yerində dünyasını dəyişib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2020, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2020, 10:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11