Füzulidə düşmən təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı - RƏSMİ
Bu gün səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı, 30 noyabr 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır şəkildə yaralanıb və əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, yaralıda üç ədəd qəlpə yarası aşkar edilib və hazırda cərrahiyyə əməliyyatı davam edir. S.H.Əsədovun vəziyyəti ağır olaraq qalır:
“Qeyd olunanlar bir daha sübut edir ki, erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı, əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar.
Qeyd etmək istəyirik ki, hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhlükəsiyliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti 24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir.
Həmin ərazilərdə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil olunan qruplar tərəfindən sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində təbliğat fəaliyyəti həyata keçirilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-10-2020, 13:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-10-2020, 13:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11