reklam
Regionxeberlericom.az » Hadisə » Ağstafa rayonunda 2 ədəd raket tapılıb

reklam

Ağstafa rayonunda 2 ədəd raket tapılıb

Mayın 3-də Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2 ədəd mərmi tapılıb.

regionxeberlericom.az "Report"-a istinadən xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları daxil olan məlumatlara əsasən, dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 350 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Paylaş:


Müəllif : Tarix:
4-05-2019, 09:36
Sikayət   


loading...
Загрузка...