Göyçayda qız anasını boğaraq öldürüb

Göyçayda qız anasını boğaraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 12-də Göyçay Rayon Polis Şöbəsinə Müskürlü kənd qəbiristanlığında kəfənə bükülmüş, üzərində zorakılıq əlamətləri görünməyən 75-80 yaşlı qadın meyitinin tapılması barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində onun Mingəçevir şəhər sakini, 84 yaşlı Bənövşə Ələkbərova olması və oktyabrın 9-da yaşadığı evdə qızı S.Əsgərova tərəfindən yastıqla boğularaq qətlə yetirilməsi müəyyən edilib.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərova saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-10-2020, 12:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-10-2020, 12:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB