reklam
Regionxeberlericom.az » Hadisə » Sabirabadda “Mercedes” aşıb - Ölü və yaralılar var

reklam

Sabirabadda “Mercedes” aşıb - Ölü və yaralılar var


Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Saməddin İbrahim oğlu Fərzəliyev, 1964-cü il Xatirə Aslan qızı Əhmədova və 1968-ci il təvəllüdlü Sevda Zakir qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
5-05-2019, 11:02
Sikayət   


loading...
Загрузка...