Ağdaşda ağır yol qəzası: 3 ölü, 4 yaralı
Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Nəvətava kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala sakinlərinə məxsus "VAZ 2114" və "Chery" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri - 1990-cı il təvəllüdlü Oruc Heydərov, 1988-ci il təvəllüdlü Sadıqov Orxan Sadiq oğlu, 1990-cı il təvəllüdlü Muradov Sərxan Hacıəli oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər. Avtomobillərdə olan və adları hələ ki məlum olmayan 4 nəfər sərnişin isə ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Hadisə zamanı ölən və xəsarət alan şəxslər avtomobillərdə sıxılmış vəziyyətdə qaldıqları üçün əraziyə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsində yerləşən xilasetmə briqadası cəlb olunub, xüsusi kəsici alətlərdən istifadə olunaraq vətəndaşlar avtomobillərdən çıxarılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2020, 08:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-10-2020, 08:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:26
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi-Tender ləğv olundu
Dünən, 08:31