reklam
Regionxeberlericom.az » Hadisə » Salyanda qəzaya düşən məktəblilərdən YENİ XƏBƏR - BİR UŞAĞIN VƏZİYYƏTİ AĞIRDIR

reklam

Salyanda qəzaya düşən məktəblilərdən YENİ XƏBƏR - BİR UŞAĞIN VƏZİYYƏTİ AĞIRDIR

Salyanda dəhşətli qəzaya düşən idmançı uşaqlarla bağlı yeni xəbər var.

Salyan rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hazırda xəstəxanada 7 yaralı məktəbli var. Yaralı şagirdlərdən Ramazanov Adəm Seymur oğlunun vəziyyəti ağırdır. Xəstəxanada bildirilib ki, azyaşlı hazırda reanimasiyaya yerləşdirilib və həkimlərin nəzarətindədir.

**

10:37

Salyanda dəhşətli qəzada yaralanan uşaqların adları bəlli olub.

Nazirlikdən verilən məlumata görə, yaralanan uşaqlar aşağıdakılardır.

Ağayev Ülvi Dostum oğlu

Kazımov Fərid Saleh oğlu

Əzizov Hüseyn Əliağa oğlu

Əhmədov Kamal Samiroğlu

Səfərov Murad Əhməd oğlu

Ramazanov Adəm Seymur oğlu

Kazımov Əli İntiqam oğlu

**

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: "Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.



**
09:50
Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi "Mercedes Vito” markalı mikro avtobusun idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Report


Paylaş:


Müəllif : Tarix:
6-05-2019, 12:22
Sikayət   


loading...
Загрузка...