reklam
Regionxeberlericom.az » Hadisə » Tərtər istiqamətində düşmənin “səsi batıb” - top, raket atəşi kəsilib

reklam

Tərtər istiqamətində düşmənin “səsi batıb” - top, raket atəşi kəsilib


Vətən müharibəsinin 27-ci günü Tərtər istiqamətində nisbi sakitlikdir. Düşmən toplarının səsi eşidilmir, raket qurğuları da Azərbaycan Ordusunun hissələri tərəfindən susdurulub. Rayon sakinləri düşmənin “səsinin batmasını” Ordumuzun bu istiqamətdəki hərəkətliliyi ilə izah edirlər.

Tərtərdəki mülki mənbələrimizdən aldığımız məlumata görə, cənub istiqamətində sərhədlərimizin bərqarar edilməsi erməni səngərlərində hökm sürən panikanı bir qədər də dərinləşdirib. İndi düşmən əsgərləri işğal olunmuş ərazilərdən tez bir zamanda qaçıb can qurtarmağa məqam axtarır. Ötən müddət ərazində Ermənistan silahlı qüvvələri Ağdam və Ağdərədə möhkəmləndikləri mövqelərindən Tərtər şəhərinə və ətrafdakı 36 yaşayış məntəqəsinə 15 minə yaxın mərmi atıb, raket yağdırıb. Bu müddət ərazində 100-lə tikili – yaşayış evləri, bnalar, iaşə obyektləri, sosial təyinatlı binalar, məktəblər, uşaq bağçaları dağıdılıb. Rayon sakinləri arasında ölən və yaralananlar var. Azərbaycan Ordusunun bir-birinin ardınca zəfərləri hər ötən gün Tərtər istiqamətində daha artıq hiss olunur. Sakinlər yaxın 3-5 gün ərzində bu istiqamətdə düşmənin tam olaraq susdurulacağına, darmadağın ediləcəyinə inamlarını gizlətmirlər. Azərbaycan əsgəri tarix yazır, sərhədlərimizin bərqərar edilməsi istiqamətində mərdanə döyüşür, əhalinin əmin-amanlığının təmini üçün gərəkən addımlar atır.

Qeyd edək ki, sentyabrın 27-də səhər 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Musavat.com


Paylaş:


Müəllif : Tarix:
23-10-2020, 15:28
Sikayət   


loading...
Загрузка...