reklam
Regionxeberlericom.az » Hadisə » Bərdədə ŞANTAJ - Polis işə qarışdı

reklam

Bərdədə ŞANTAJ - Polis işə qarışdı


Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülmüşdür.

Araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
7-05-2019, 12:59
Sikayət   


loading...
Загрузка...