Gəncə terrorunda valideynlərini itirən üç yaşlı Xədicəni zorla nənə-babasından ayırdılar - VİDEO
2020-ci il oktyabrın 18-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücum etməsi nəticəsində valideynlərini itirən üç yaşlı Xədicə Şahnəzərova ilə bağlı video yayılıb.
Videodan aydın olur ki, Xədicənin əmisi onu qəyyumluğa götürmək istəyib. O, azyaşlının ağlamasına əhəmiyyət vermədən onu qaldığı qohumlarının evindən zorla aparıb.
Məsələ barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.
Qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, üç yaşlı Xədicə ilə bağlı məsələ nəzarətə götürülüb:
“Xədicə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın maraqlarına uyğun tədbirlər görüləcək”.
O qeyd edib ki, yayılmış məlumatı nəzərə alaraq azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2020, 12:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-11-2020, 12:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01