Azərbaycanda həkim briqadasına hücum edildi - Ətrafdakılar köməyə gəlib
Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası çağırış yerində fiziki hücuma məruz qalıb.
regionxeberlericom.az-un ONA-nın Mingəçevir bürosuna istinadən məlumatına görə, hadisə gecə saatlarında şəhər avtovağzalı yaxınlığındakı yeni köçkün şəhərciyində baş verib.
Həmin ərazidəki 2 saylı 9 mərtəbəli binaya xəstə çağırışına gələn tibb briqadası adı hələ ki, dəqiqləşdirilməyən, təxminən 21-22 yaşlı gəncin hücumuna məruz qalıb. Həkim Azər Yunisovu və tibb bacısı Ruhiyə Musayevanı aqresiv şəkildə təhqir edən gənc daha sonra birinciyə fiziki güc tətbiq edib, onu öldürəcəyini bildirib. Yalnız ətrafdakıların köməyi ilə əlbəyaxa davanın daha da böyüməsinə imkan verilməyib.
O da məlum olub ki, bu hadisədən az öncə haqqında danışılan şəxs Təcili Tibbi Yardım Stansiyasının dispetçeri Yeganə Alışovanın timsalında xəstəxananın tibb heyətini ağır sözlərlə təhqir edib.
ONA-nın yerli bürosuna açıqlama verən həkim A.Yunisov xuliqanlıq hərəkətinə
yol verən şəxsin öz hərəkətini guya briqadanın çağırışa gec gəlməsi ilə əlaqələndirməyə çalışdığını deyib:
“Çağırış üçün şəhərciyin 2 saylı binasından 103 xidmətinə zəng edən şəxsə dispetçer tərəfindən hazırda tibb briqadasının həmin ünvana bitişik 1 saylı binada çağırışda olduğu və bir neçə dəqiqə ərzində yeni çağırış ünvanına gələcəkləri bildirilib. Buna baxmayaraq, heç bir ciddi səbəb olmadan özündən çıxan gənc təkrar dispetçerə zəng edərək tibb işçilərini nalayiq ifadələrlə təhqir edib. Ardınca isə bizim önümüzü kəsərək təhqir və hədələrini davam etdirərək, şəxsən mənə fiziki güc tətbiq edib”.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma başlanılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2019, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-05-2019, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36