reklam
Regionxeberlericom.az » Hadisə » Fransada yeniyetmə qız müəllimin ölümü ilə bağlı tutuldu

reklam

Fransada yeniyetmə qız müəllimin ölümü ilə bağlı tutuldu


Daha üç nəfər Fransada müəllimin öldürülməsində şübhəli kimi saxlanılıb.

AFP məhkəmə mənbələrinə istinadən xəbər verir ki, polis iki 18 yaşlı oğlan və 17 yaşlı qıza qarşı ittiham irəli sürüb.

Onların hər üçü terror aktında iştirak etməkdə şübhəli bilinirlər. Biri Çeçenistandan, digəri Fransadan olan oğlanlar istintaq təcridxanasına aparılıb. Qız yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. Onun iki kişidən biri ilə ünsiyyətdə olduğu bildirilib.

Bu qalmaqallı işdə ümumilikdə 14 və 15 yaşlılar da daxil olmaqla, on nəfər ittiham olunub.

Xatırladaq ki, tarix və coğrafiya müəllimi Samuel Pati dərsdə məktəblilərə Məhəmməd peyğəmbərin karikaturasını göstərəndən bir gün sonra, 16 oktyabr axşamı Paris ətrafındakı bir kollecdə öldürülüb. Cinayətkar ona hücum edərək başını kəsib.

Polis tərəfindən zərərsizləşdirilən qatil Abdulah Anzorovun ailəsi ilə birlikdə qaçqın olaraq Fransaya köçdüyü və oturma icazəsi aldığı qeyd edilib.


Paylaş:


Müəllif : Tarix:
7-11-2020, 13:53
Sikayət   


loading...
Загрузка...