reklam
Regionxeberlericom.az » Hadisə » NTV-nin aparıcısı təyyarə qəzasında öldü

reklam

NTV-nin aparıcısı təyyarə qəzasında öldü


Rusiyanın Moskva vilayətində “Cessna” yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində NTV kanalındakı "DNA" və "Ulduzlar bir araya gəldi" tok-şousunun aparıcısı Aleksandr Koltov həlak olub.

NTV-nin rəsmi saytının verdiyi məlumata görə, Koltovla birlikdə həyat yoldaşı da təyyarə qəzasında ölüb. Digər itki yoxdur.

Modern.az-ın yazdığına görə, təyyarənin Moskva vilayətinin Lyubertsı rayonunda qəzaya uğradığı məlum olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, sükan arxasında oturan Koltov təcili siqnal verib və təyyarəni tarlaya endirməyi bacarıb. Lakin təyyarə alovlanıb.

Faktla əlaqədar Moskva Bölgələrarası İstintaq İdarəsinin Nəqliyyat müstəntiqləri araşdırma aparır.


Paylaş:


Müəllif : Tarix:
8-11-2020, 11:20
Sikayət   


loading...
Загрузка...