"Azadlıq" radiosunun İrəvandakı ofisi dağıdıldı - Gecə 40 nəfərlik dəstə hücum edib
"Azadlıq" radiosunun İrəvandakı bürosuna təxminən 40 nəfərlik dəstə hücum edib. Bu, Ermənistanın Azərbaycanla Rusiyanın vasitəçiliyi ilə razılaşma imzalamasından sonra baş verib.
Noyabrın 10-da səhər büroya hücum edənlər radionun Ermənistan xidmətinin ünvanına “satqınlar”, “türklər” deyə qışqırıblar. Qeyd edək ki, gecədən Yerevanda küçələrə çıxanlar sözügedən sazişi Dağlıq Qarabağın təslim edilməsi hesab edirlər.
“Siz dostlarımın Dağlıq Qarabağda ölməsinə görə məsuliyyət daşıyırsız”, – hücum edənlərin biri deyib.
Digərləri isə radionun kompüter serverlərini dağıtmaqla jurnalistlərin efirə çıxmasını önləmək istədiklərini deyiblər.
Ermənistan Jurnalistlər Birliyi hücumları, mediaya qarşı istənilən təhdidi pisləyib. Ermənistan xidmətinin İcraçı prodüseri Artak Hambardsumyan deyib ki, hücum edənlərin birinin Ermənistan İnqilab Federasiyasının (Daşnaksutyun) üzvü Gerasim Vardanyan olduğunu müəyyənləşdirib. Daşnaksutyun 20-dən çox siyasi partiya ilə birlikdə Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Hambardzumyanın sözlərinə görə, dəstə ofisin qapısını sındırmağa, ona və operatora hücum etməyə çalışıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-11-2020, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-11-2020, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01