11 yaşlı uşağı sahibsiz it dişlədi, xəstəxanada vaksin tapılmadı - VİDEO
Məktəbdən evə qayıdan 11 yaşlı uşağı it dişləyib. Valideynləri quduzluq əlehinə vaksin vurulması üçün onu xəstəxanaya aparsalar da, xəstəxanada vaksin tapılmayıb.
regionxeberlericom.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün Yevlaxın Kövər kəndində baş verib. Kənd sakini İlkin Əlizadəni sahibsiz it ayaq nahiyəsindən dişləyib. Al-qan içində olan məktəblini atası Murad Əliyev dərhal Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya yardım edilməsini və vaksin vurulmasını tələb edən valideyn tibb ocağından “vaksin yoxdur” cavabı alıb.
Övladının səhhətindən narahat qalan Murad Əliyev Bərdə rayonuna gedərək ordan apteklərdən vaksin alıb. Kənd sakini 11 yaşlı övladına həmin quduzluq əlehinə vaksindən 6 ədəd vurulmalı olduğunu deyir.
Məsələ ilə bağlı Yevlax Mərkəzi Rayon Xəstəxanasın ”Xəzər Xəbər”ə bildirildi ki, həqiqətən də uşağın atası Murad Əliyev müraciət etdiyi saatlarda xəstəxanada quduzluq əlehinə vaksin olmayıb. Sonradan isə xəstəxanaya vaksin gətirilib. Vaksinin qurtarmasına səbəb kimi isə ümumilikdə müraciətlərin çox olması göstərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda quduzluq əlehinə vaksin var və Murad Əliyev yenidən müraciət edərək övladına vaksin vurdura bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2019, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Məktəbdən evə qayıdan 11 yaşlı uşağı it dişləyib. Valideynləri quduzluq əlehinə vaksin vurulması üçün onu xəstəxanaya aparsalar da, xəstəxanada vaksin tapılmayıb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:9-05-2019, 12:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36