Koronavirus xəstəsi olan ər-arvad postda saxlanıldı

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən şəhər sakinləri F.Ağayev və onun arvadı T.Ağayeva özlərinə məxsus “Hyundai” markalı avtomobillə Gəncə şəhərinə getmək istəyəndə saxlanılıblar. Müəyyən edilib ki, koronavirus testlərinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları evi tərk ediblər.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları ünvana geri qaytarılıblar.
F.Ağayev və T.Ağayeva barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-11-2020, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-11-2020, 15:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB