3 uşaq atasının 2 il günahsız həbsdə qaldığı sübut olundu – Gecikmiş bəraət
Külli miqdarda narkotik vasitə əldə etməkdə və satmaqda təqsirləndirilən şəxs azadlığa buraxılıb. Onun iki ildən artıq günahsız yerə həbsdə yatdığı sübuta yetirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən 1990-cı il təvəllüdlü Bünyad Məmmədov bəraət alaraq azadlığa çıxıb.
Bünyad Məmmədov deyir ki, heç bir cinayət törətmədiyi halda, 2 il 2 ay həbsdə qalıb. Onun sözlərinə görə, istər istintaq dövründə, istərsə də birinci instansiya məhkəməsində işinə baxılanda təqsirsiz olduğunu sübut etmək üçün özü də, vəkili də çox çalışıb. Amma onların dediklərinə, ortaya qoyduqları sübutlara əhəmiyyət verilməyib.
Amma Bakı Apelyasiya Məhkəməsi onun haqqındakı hökmü ləğv edib, bəraətverici əsaslarla cinayət işinə xitam verilib.
B.Məmmədov 3 azyaşlı uşaq atasıdır. O deyir ki, qazanc arxasınca İmişlidən paytaxta gəlib. Bakıda yaşamağa şərait olmadığına görə ailəsini İmişlidə qoyub. Özü gecəsi 2-3 manata kirayə qalmaqla, “8-ci kilometr bazarı”nda meyvə-tərəvəz satıb, dolanışıq üçün ailəsinə göndərirmiş.
B.Məmmədovun vəkili Anar Məmişov məhkəmə araşdırmaları zamanı xeyli vəsatətlər qaldırıb ki, müvəkkilinin təqsirsizliyini sübut eləsin - 24-cü polis bölməsindən kamera görüntülərinin alınıb baxılması, xətşünaslıq ekspertizasının keçirilməsi, bu işdə hal şahidi kimi çıxış edənlər haqda əlavə məlumatların iş materiallarına əlavə olunması. Amma məhkəmə 10-dan çox vəsatətdən yalnız birini təmin edib. İşin istintaqını aparmış Nizami rayon Polis İdarəsinin müstəntiqi məhkəmədə dindirilib. O da sualların bir çoxuna “xatırlamıram” cavabını verib.
Hal şahidlərindən Rəhbər Hüseynov dindirilən zaman deyib ki, polislər onu çağırıb, bir işdə şahidlik etməsini istəyiblər, o da razılaşıb. Dediyinə görə, ömründə ilk dəfə hal şahidliyi edib. Digər hal şahidi Vaqif Məmmədov da oxşar ifadə verib.
Vəkil A.Məmişov məhkəmədə konkret hökmlər, ittiham aktları ortaya qoyaraq sübut edib ki, Rəhbər Hüseynov 39 cinayət işində, Vaqif Məmmədov isə 25 cinayət işində hal şahidi qismində iştirak edib. İki işdə isə birlikdə eyni missiyanı yerinə yetiriblər. Onların hal şahidi kimi dindirildiyi işlər paytaxtın müxtəlif rayon məhkəmələrində, bir qismi də Bakı Ağır Cinayətlər Məhkəməsində olub.
Vəkilin daha bir vəsatəti hal şahidlərinin həmin ərəfədə mobil telefon nömrələrilə bağlı anten məlumatlarının alınması olub. Bakı Apelyasiya Məhkəməsi bu məlumatları alıb. Məlum olub ki, dindirmə protokolunda Rəhbər Hüseynovun Nizami rayon Polis İdarəsində hal şahidi qismində ifadə verdiyi qeyd olunan vaxtda onun telefonu Pirallahı ərazisində olub.
Qeyd edək ki, B.Məmmədovla birlikdə Anar Qəribov və Qabil Məmmədov da həbs edilib.
Bu işdə adı şahid kimi keçən İxtiyar Məhərrəmov daha əvvəl təqsirləndirilən şəxs olub. Onun anlaqsız olması barədə ekspertiza rəyi verildikdən sonra, barəsindəki cinayət işi ayrıca icraata verilib. İxtiyar Məhərrəmov heç nə xatırlamadığını, suallara cavab verə bilməyəcəyini deyib. Təqsirləndirilən şəxslərdən hazırda həbsdə olan Anar Qəribov isə deyir ki, onu İrana göndərən İxtiyar olub.
Anar bildirib ki, bazarda fəhlə işləyən zaman İxtiyar onu İrandan mal gətirməyə göndərib: "Mənə dedi ki, oradan oyuncaq gətirəcəm. Gedəndə gördüm ki, narkotikdir".
O da məlum olub ki, Anar Qəribov İrana gedən zaman orada girov götürülüb. Anar deyir ki, İxtiyara narkotik verməli olan şəxslər onu girov götürərək qarşılığında pul tələb ediblər. Anar da evə zəng edərək bu barədə anasına məlumat verib.
Anarın anasının hüquq-mühafizə orqanlarına müraciətindən sonra işin üstü açılıb. Keçirilən əməliyyatla Qabil Məmmədov, Bünyad Məmmədov və İxtiyar Məhərrəmov saxlanılıb. Anar isə İrandan qayıtdıqdan sonra saxlanılıb.
Bünyad Məmmədov ifadəsində qeyd edib ki, əvvəllər bir neçə dəfə gördüyü Anar ona Qabilin nömrəsindən zəng vurub. Cavab vermədikdə, bir müddət sonra Anarın anası ona zəng vuraraq nömrəni Anarın verdiyini, İxtiyar adlı şəxsin onu girov qoyduğunu deyib. Bundan sonra o, Anarın valideynləri ilə görüşüb. Sonra Anar bildirib ki, atası 2000 manat pul hazır edib və onu Qabilə vermək lazımdır. Qabilə bu barədə dedikdə, sonuncu qorxduğunu və Anarın atası ilə təklikdə görüşə bilməyəcəyini qeyd edib. O da Qabil və Anarın atasını görüşdürmək üçün getdikdə, polis əməkdaşları tərəfindən saxlanılıb. Bünyad saxlanılan zaman üzərində narkotik olmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2020, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2020, 12:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36