Ucarda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
Ucarda karantin qaydalarını pozaraq yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumatda qeyd olunub.
Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini V. Zülfüqarovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib. Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmağının zəruriliyi diqqətinə çatdırılıb.
Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2020, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2020, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti