“Mənim və anamın başını kəsəcəyini dedi” — Təcavüz olunan yeniyetmədən ŞOK SÖZLƏR
Quba rayonunda yetkinlik yaşına çatmayan oğlanla cinsi əlaqədə olmaqda ittiham olunan 1991-ci il təvəllüdlü Şamo Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şamo Babayev 20 iyul 2019-cu il tarixdə saat 21.00-da spirtli içki qəbul etməsi yaşadığı Quba rayonu Alpan kəndində dükandan qayıdarkən küçədə yetkinlik yaşına çatmayan həmkəndlisi, 2003-cü il təvəllüdlü Sadiq Məmmədov (ad və soyad şərti verilib – red.) ilə rastlaşıb.
Şamo Babayev cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Sadiq Məmməov ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib. O, həmin niyyətini həyata keçirmək məqsədilə Sadiq Məmməovla təklikdə qalmaq ona meyvə şirəsi alacağını vəd edib, aldadaraq onunla birlikdə kəndin yuxarı hissəsinə getməsini təklif edib.
Daha sonra Şamo Babayev Sadiq Məmmədovu özlərinə məxsus bağ sahəsinə aparıb, orada ona qarşı seksual xarakterli hərəkətlər edib, müqavimət göstərəcəyi halda onu öldürəcəyi ilə hədələyib, zor tətbiq etməklə qeyri-təbii yolla cinsi əlaqədə olub.
“Ona “kasıb uşaqsan, ananı incitmə” deyərək məsləhət verdim”
İstintaq orqanı tərəfindən Şamo Babayevin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamo Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, hadisə günü yəni 20 iyul 2019-cu ildə kənddə keçirilən toy mərasimi onun iş yerinin qonşuluğunda olduğu üçün o, həmin gün işləməyib: “Xalam oğlu mənə şalvar göndərdi. Həmin şalvarı toya geyinmək üçün aparıb yığdırdım. Kəndə gələn zaman kafeyə girdim, orada Röyalla birlikdə içki qəbul etdim və kafedən çıxıb Röyala gedib pivə almağı təklif etdim. Pivə alıb qayıdanda həmkəndlim Sadiq qabağıma çıxdı. Sadiqin kasıb uşaq olduğunu bildiyimə görə ona çöplü sok alıb verdim. Sadiqlə birlikdə toy olan yerə tərəf gəldik. Təxminən 200 metrlik məsafə keçdik və Röyal bizdən ayrıldı. Əlimi Sadiqin çiyninə qoyaraq, ona “kasıb uşaqsan, ananı incitmə” deyərək məsləhət verdim”.
“Yolda gördü, öz maşınına əyləşdirdi”
Şamo Babayevin sözlərinə görə, həmin vaxt içkili olduğundan ayağını ataraq badalaq verib və Sadiqi yerə yıxıb: “Mən də Sadiqin üstünə yıxıldım. Yıxılarkən əlimi atanda Sadiqin əynindəki köynəyi cırıldı. İçkili olduğumdan Sadiq məndən qaçmaq istədi, köynəyi cırıldıqda isə ağlamağa və qışqırmağa başladı. Sadiqə söyüş söydüm və oradan toyxanaya camaatın yanına gəldim. Toya pul nəməri yazdırdım və orada oturub yeyib-içdim. Bundan sonra kənddə yaşayan Samir adlı polis əməkdaşı məni yolda gördü, öz maşınına əyləşdirdi və belə bir hadisə törətməyimi bildirdi. Polis əməkdaşına Sadiqə qarşı heç nə etmədiyimi dedim. Polis isə belə bir hadisənin olduğunu və Sadiqin məni tanısa həmin hadisəni törətdiyim sübüt olunacağını dedi”.
“Gələn zəngləri eşitməmişəm”
Şamo Babayevin ifadəsinə görə, Samirə hadisənin necə baş verdiyini danışıb: “Sadiqin onsuz da tanıyaraq, məni göstərəcəyini dedi. Həmin vaxt qabağıma Sadiqin anası çıxdı. Sadiqin anası oğluna belə şeylər etdiyimi və başına pislik gətirmək istədiyini dedi. Mən isə belə hadisənin olmadığını söylədim. İçkili olduğumdan Samir mənə evə getməyimi və bu hadisəni səhər aydınlaşdırmağı dedi. Səhər oyanaraq saat 09.00-a kimi gözlədim və səs çıxmadığından həmin toyxananın yaxınlığında yerləşən işlədiyim yerə getdim. İşlədiyim zaman Samirdən telefonuma iki dəfə zəng gəldi, lakin zirzəmidə olduğumdan və telefon çöldə olduğundan gələn zəngləri eşitməmişəm”.
“Zirzəmiyə gələn məni vurdu”
Təqsirləndirilən şəxs bildirib ki, təxminən saat 13.30-da nahar etmək üçün çıxıb və evə getdiyi vaxt yolda sahə müvəkkili qabağına çıxıb: “Sahə müvəkkili məni maşına oturub, onlarla getməli olduğumu bildirdi. Mən də onlarla razılaşdım və yolda Samirə hadisənin necə olduğunu danışdım, Sadiqin anasının danışdığı kimi olmadığını bildirdim. Sahə müvəkkili isə mənə belə formada şikayət verildiyini dedi. Şöbəyə gələn zaman polislər məni 3-cü mərtəbəyə sahə müvəkkilinin otağına apardılar. Oolislərə Sadiqin köynəyini cırdığımı və onu vurduğumu dedim. Polislər isə məni soyundurub, orada döyməyə başladılar. Sonra “rəis gələr görər, düşürdək bunu podvala” deyib məni zirzəmiyə düşürdülər. Zirzəmidə olanda ora gələn bütün polislər məni vurdular”.
“Savadsızlığımdan şikayət etmədim”
Şamo Babayev qeyd edib ki, iyul ayının 22-də tutulub, həmin ayın 24-də isə anası yanına gəlib: “Anam gələndə mən gəzə bilmədim, gecə məni bir ayağı üstə saxlamışdılar. Mənə oturmağa, yemək yeməyə və siqaret çəkməyə icazə verməmişdilər. İyul ayının 24-ü axşam isə artıq məni saxlama yerinə saldılar. Çəkiliş iyul ayının 26-sı oldu və 27-si məni təcridxanaya gətirdilər. Çəkiliş olan zaman da Sadiqin haranı göstərmişsə, oranı da çəkmişdilər, mənim danışmama belə icazə vermədilər. Polis yalnız şikayətdə necə yazılıbsa, həmin formada da ifadə yazıblar. Müvəqqəti saxlanıldığım yerdə olanda, mənə sənədlərə imza etməyi tapşırdılar. Qida qəbulu ilə bağlı imza etdiyimi zənn etdim, həmin vərəqləri imzaladım. Müqavilə əsasında tutduğum vəkil ümumilikdə yanımda olmayıb. Polislər mənə “onsuzda qol çəkmisən, get məhkəməyə belə danış, onsuzda bir şey olmayacaq” dedilər. Təcridxanada olanda savadsızlığımdan şikayət etmədim”.
"Uşağa niyə içirdirsən, lazım deyil"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Sadiq Məmmədov bildirib ki, iyulun 20-də, saat 21.00-da anası ilə birlikdə qonşusu Əşrəfin oğlu Ülfətin toy mərasiminə gəlib: “Anamdan kənarda toyxananın yaxınlığında dayanıb toya tamaşa etdim. Bir qədər sonra həmkəndlim Xəzərin oğlu Amil ilə birlikdə toyxananın yaxınlığında yerləşən Xidməddinin marketinə özümə saqqız almağa getdim. Mağazadan özümə saqqız aldım və Amil ilə birlikdə toya tərəf gələn zaman həmkəndlilərim Şamo və Röyal qarşımıza çıxdı, Şamo sərxoş vəziyyətdə idi. Amil yanımdan aralanaraq toyxanaya tərəf getdi. Mən Şamo və Röyal ilə birlikdə dayandım. Şamonun əlində "Hell" içkisi vardı. Şamo əlində olan "Hell" içkisini mənə tərəf uzadaraq içməyimi təklif etdi. Röyal isə Şamoya irad bildirərək "uşağa niyə içirdirsən, lazım deyil" dedi”.
“Məni bağlar tərəfə gətirdi”
Sadiq Məmmədovun sözlərinə görə, Röyal Şamodan toyxanaya getməsini soruşub: “Şamo “sən get, mənim Sadiqlə işim var” deyərək Röyalı yola saldı. Bundan sonra Şamo mənə mağazadan istədiyimi almaq üçün 10 manat pul təklif etdi. Mən pulu almadım. Şamo da gözləməyimi, mənə şirə alıb gələcəyini dedi. Küçədə dayanıb gözlədim. Şamo alma şirəsi alıb mənə verdi. Şirəni içdim və Şamo məni toyxanaya apardı. Toyxanaya çatan zaman Şamo mənə yuxarı tərəfə qayıtmağı dedi. Mən isə Şamoya getmək istəmədiyimi dedim. Şamo mənə bağlar tərəfdə gözləməyimi, mənə şirə alacağını dedikdə Şamo ilə razılaşdım. Şamo əlimdən tutaraq özü ilə toyxanananın yaxınlığında olan bağlar tərəfə gətirdi”.
“Anamın başını kəsəcəyini dedi”
Sadiq Məmmədov qeyd edib ki, təxminən beş dəqiqədən sonra Şamoya toya getməli olduğunu, anasının toyxanada gözlədiyini deyib: “Ayağa qalxıb toyxanaya getmək istəyərkən Şamo boğazımdan tutdu və sıxmağa başladı. Ardınca da köynəyimin yaxasından tutdu, köynəyimin boynunun yanları cırıldı. Qorxudan qışqırmağa başladım. Lakin səsimi eşidən olmadı. Şamo boğazımı sıxdıqdan sonra məni buraxdı. Şalvarını dizinə kimi soyundu, əxlaqsız hərəkətlər etməyimi tələb etdi, əks halda anamın başını kəsəcəyini dedi. Şamodan qorxub onun dediyinə əməl etdim. Şamo sonra məndən şalvarımı çıxarmağımı istədi, əks halda mənim və anamın başını kəsəcəyini dedi. Qorxudan şalvarımı və tumanımı soyundum. Şamo məni zorlayacağını deyərək əxlaqsız hərəkətləri davam etdirməyimi istədi. Bunu etməyəcəyini dedikdə, əvvəl səhərə kimi orada olacağımızı dedi, sonra isə zarafat etdiyini söylədi”.
“Şamonun elədiyi hərəkət barədə anama dedim”
Sadiq Məmmədov deyib ki, sonra şalvarını geyinib qaçmaq istəyib: “Bu zaman Şamo əli ilə sinəmdən tutub saxladı. Məni yerə yıxdı və başımı sağ tərəfini yerdə olan daşa çırpmağa başladı. Qaçmağa çalışdım, lakin Şamo məni tutub saxladı və üç dəfə sol üz nahiyyəmdən şillə ilə vurdu. Məni yerə yıxdır. Şamo onunla cinsi əlaqədə olmasam məni və anamı öldürəcəyi ilə hədələdi. Mən də anama nəsə olmağını istəmədiyimdən yerdə olduğum zaman şalvarımı soyundum. Şamo məndən üzü üstə yerdə uzanıqlı qalmağımı istədi. Mən də yerdə üzü üstə uzandım. Şamo arxadan üstümə uzandı və qeyri təbii yolla mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olandan sonra məni buraxdı. Tez paltarımı geyindim və qaçaraq toyxanaya anamın yanına gəldim. Şamonun elədiyi hərəkət barədə anama dedim”.
“Şamonun hərəkətləri barədə polisə məlumat verdim”
İş üzrə zərərçəkmiş Sadiq Məmmədovun anası bildirib ki, oğlu ilə toya gedib: “Mən toyxanada, oğlum isə kənardan toya tamaşa edib. Toyxanada bir qədər əyləşdikdən sonra küçəyə çıxdım. Toyxananın ətrafında Sadiqi axtardım, tapa bilmədim. Toyxananın ətrafında olan adamlardan Sadiqi görmələrini soruşdum. Bu zaman Sadiq toy məclisinin keçirildiyi yerin yaxınlığında bağlar tərəfdən yanıma gəldi. Sadiq yanıma gələn zaman ağladı, üzü qızarmışdı və əynində olan köynəyin boyun hissəsi çırılmışdı. Sadiqdən nə baş verdiyini soruşdum. Sadiq Şamonun onu bağlar tərəfə aparaq, vurduğunu, qorxudaraq soyundurduğunu və onunla cinsi əlaqədə olmağa çalışdığını dedi. Mən də Şamonun Sadiqə qarşı etdiyi hərəkət barədə polis şöbəsinə məlumat verdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb. Cinayət işini araşdıran hakim heyəti sonda hökm elan edib.
Hökmə əsasən, Şamo Babayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2020, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-12-2020, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26