Şuşada 28 il əvvəl əsir götürülmüş polisi ailəsi axtarır - FOTO
Babayev İslam Əhmədağa oğlu 1992-ci ildə Nəsimi rayon polis idarəsindən polis kimi cəbhə bölgəsinə aparılıb. 8 may 1992-ci ildə Şuşa şəhərində gedən döyüşlər zamanı itkin düşüb.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən qardaşı Qismət Babayev bildirir ki, həmin dövrdə polis işçiləri 10 gün müddətinə Şuşaya göndərilirdi.
"Qardaşım və iki polis əməkdaşı Şuşaya göndərilmişdi. Axırıncı gün, onların qayıdacaqları gün Şuşa hadisələri baş verdi. Qardaşım Bala Kirs deyilən ərazidə postda olan zaman döyüşlər başlayıb və o, döyüşərək yaralanıb.
Q.Babayevin sözlərinə görə, 1992-93-cü illərdə apardıqları araşdırmalar nəticəsində qardaşının sağ olduğunu öyrənə biliblər. Hətta İslam Babayevin əsirlikdən azad edilməsi üçün erməni əsir də aldıq. Aldığımız məlumata görə, qardaşım Babayev İslam və iş yoldaşı Cəfərov Əfruz sağdır.
Q.Babayev əlavə edib ki, bu günə qədər rəsmi şəkildə əldə edilən məlumatların heç birində həmin şəxslərin öldüyü qeyd edilməyib. Bütün məlumatlarda onun sağ olduğu bildirilir.
Həmin dövrlərdə azad edilən əsrilər onun qardaşını Spitakda və Şuşa həbsxanasında gördüklərini qeyd ediblər.
"Dövlət tərəfindən dəyişmək üçün bir neçə dəfə əsir ayrılsa da, ermənilər qardaşımı dəyişməkdən imtina etdilər. Həmin dövrlərdə pul müqabilində dəyişmək məsələsi də var idi. Biz hər yola əl atdıq. Amma mümkün olmadı", - deyən Q.Babayev bildirib ki, məsələ ilə bağlı bütün Beynəlxalq təşkilatlara müraciət edilib. İki il əvvəl isə Q.Babayevin ailəsindən DNK analizi götürülüb.
Ancaq aradan illər keçsə də, İslamdan heç bir xəbər ala bilməyiblər.
Hazırda ailə Qarabağ müharibəsi qələbə ilə başa çatdığı üçün Qismət İslam Babayev haqqında məlumat almaq və onun geri qaytarılmasını istəyir.
Q.Babayev qeyd edir ki, məsələ dövlət səviyyəsində olarsa, yəqin ki, İslamın geri qaytarılması və ya İslam haqqında hər hansı bir məlumatın əldə edilməsi mümkün olar.
Qeyd edək ki, İslam Babayev əsir düşəndə 25 yaşı olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2020, 11:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2020, 11:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01