Məktəb direktoru qonaqlıq verdi, evindən 15 min manat yoxa çıxdı, oğru kim olsa yaxşıdır? - Rüsvayçılıq
Qusarda məktəb direktoru Zaur Məlikovun evindən 15 min manat yoxa çıxıb. Bundan sonra direktor polisə müraciət edib və ortaya çıxanlar direktoru çətin vəziyyətə salıb. Bu haqda facebook Elçin Bayramov adlı istifadəçi yazır.
Sitat: Bir müddət əvvəl Qusar rayon Mucuq kənd məktəbinin direktoru Zaur Məlikov oğlu Kənan üçün universiteti bitirməyi münasibətilə 40-45 nəfərlik məclis təşkil edib.
Məclisdən sonra direktorun evindən 15 min manata yaxın pul itib.
Zaur Məlikov həmin vaxt evinə gələn, daha doğrusu çağırdığı qonaqlardan şübhələnib və hamısını polisə verib. Polis hər birini çağırıb şübhəli şəxs qismində ifadə alıb.
Bir müddət sonra pulun bir hissəsi, yəni 5 min manatı olduğu yerdə peyda olub.
Məlum olub ki, direktorun oğlu Kənan pulu oğurlayıb. 5 min manatı isə görün hara xərcləyib. Deməli, o, qonşu Həzrə kəndindən bir qız sevirmiş. Qızın da universitetdə kəsrləri olub. Oğlan pulu qıza, qız da universitetə verib kəsrləri bağlatdırıb. Yerdə qalan 5 min manat isə hələ də tapılmayıb.
İndi Zaur Məlikovun polisə verdiyi müəllimlər, qohumlar hamısı ondan izahat tələb edir ki, oğrunu açıq-aydın üzə çıxarsınlar, biz mənəvi zərbə almışıq, adımız bizə aidiyyatı olmayan oğurluqda hallanıb.
"Yeni Müsavat" əməkdaşı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ilə müraciət edib. Veriləcək cavabı təqdim edəcəyik.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2020, 15:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-12-2020, 15:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01