reklam
Regionxeberlericom.az » Hadisə » Abşeronda hamilə arvadını qətlə yetirən şəxsin istintaqı başa çatıb

reklam

Abşeronda hamilə arvadını qətlə yetirən şəxsin istintaqı başa çatıb


Abşeronda 7 aylıq hamilə arvadını qətlə yetirməkdə təqsirləndirilən Anar Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, bu il aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

Qeyd olunub ki, Leyla Bəkirova 7 aylıq hamilə imiş.

A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.


Paylaş:


Müəllif : Tarix:
25-12-2020, 09:41
Sikayət   


loading...
Загрузка...