Ehram Məcidov yenidən həbs edilə bilər
Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov yenidən həbs edilə bilər.
Oktyabrın əvvəlində vaxtından əvvəl azadlığa buraxılan E.Məcidovla bağlı prokurorluq məhkəməyə müraciət edib.
Porkurorluq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məcidov Ehram Xudu oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsinə dair qərardan apelyasiya protesti verib.
İttihamçı tərəf qərarın ləğv edilməsini, E.Məcidovun həbs edilərək cəzasını cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, hadisə E.Məcidov və yoldaşının boşanmasından sonra uşaqla ünsiyyətə görə baş vermişdi. Çempion övladı ilə görüşmək üçün məhkəmə icra məmuruna müraciət edib və qayınatası Bəhruz Dilbazi ilə birgə məmurun otağında görüşüblər. İddiaya görə, həmin zaman Dilbazinin keçmiş kürəkənini söyməsinə görə E.Məcidov onu beşbarmaqla vurub.
Ehram Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 27-də isə Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 3 il artıraraq 6 il 6 ay etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-01-2021, 00:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-01-2021, 00:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Bu gün, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
Dünən, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Dünən, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Dünən, 08:54