reklam
Regionxeberlericom.az » Hadisə » Lənkəranda avtomobil su kanalına aşdı, sürücü öldü - Fotolar

reklam

Lənkəranda avtomobil su kanalına aşdı, sürücü öldü - Fotolar


Lənkəranda baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

Qəza axşam saatlarında Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

90-NE-547 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı daş hasara, sonra ağaca çırpılaraq su kanalına aşıb. Nəticədə sürücü - Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Yunis Məcidəli oğlu Kərimov hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1992-ci il təvəllüdlü Elşən Tofiq oğlu Bəndizadə isə ağır bədən xəsarətləri alıb və yaxınlıqdakı insanların köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sürücü Y.Kərimovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /APA







Paylaş:


Müəllif : Tarix:
4-01-2021, 08:36
Sikayət   


loading...
Загрузка...