Vüsalı xilas etmək olardımı? - onlar yaşadıqlarını uzun müddət unuda bilməyəcəklər
Dünən Vətən müharibəsində yaralanmış və bir müddət Mərkəzi Hərbi Hospitalda müalicə alan hərbi qulluqçu Vüsal Musayev özünü asaraq intihar edib. Talış kəndi istiqamətində aldığı kəllə-beyin travması və psixoloji zərbə onun yaddaşının itirilməsi ilə nəticələnmişdi. Son günlər yalnız bir kəlmə deyirmiş: "Döyüş yoldaşlarımı qoyub xəstəxanaya getdiyim üçün məni tutacaqlar..."
Bundan bir müddət əvvəl isə 44 günlük müharibə zamanı əsir düşən hərbçilərimiz Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası gördüyü tədbirlər nəticəsində Azərbaycana qaytarıldı.
Ötən gün onların bir qrupu tədbir keçirərək, əsirlikdə yaşadıqlarını da dilə gətirdilər.
Əsəb-gərginlik, ağrı-acı, işgəncə onların yaddaşında hələ uzun müddət qalacaq. Müharibə zamanı yaralanmış, əsir düşmüş hərbçilərimizin reabilitasiyası uzun zaman ala bilər.
Bu barədə Sputnik Azərbaycan-a danışan psixoloq Ramin Hacıyev bildirib ki, əsirlikdə olub, qurtulan insanlar müharibə görmüş insanlar olduğu üçün onlar ikiqat travma yaşamış olur.
"Onlar həm müharibənin ağırlığını, dəhşətini yaşayıblar, həm də əsirlikdə işgəncələrə məruz qalıblar. Əsirlikdə məruz qaldıqları işgəncələr onlara psixoloji baxımdan da təsir göstərir", - deyən psixoloq vurğulayıb ki, müharibə bitdikdən sonra daim qazilərlə işlədiyi üçün onların yaşadıqlarını təfərrüatı ilə bilir.
Psixoloqun fikrincə, psixoloji travma almış qazilərdə panik atak halları müşahidə edilmir.
Reabilitasiya müddəti uzun müddət davam etdiyi üçün bu şəxslər daha çox ümidsizlik yaşayırlar: "Bu şəxslərdə ümidsizlik, özünə qapanma, qeyri-müəyyənlik müşahidə edilir. Dərin depressiyaya düşürlər. Sağalacaqlarına, müalicə proseslərinin bitəcəyinə inanmırlar. Bəzi xəstələr ağır fiziki travmalar aldıqları üçün onların müalicəsi uzun çəkir. Ardıcıl əməliyyatlar həyata keçirilir. Ancaq bu əməliyyatlar fasilələrlə aparılır. Bir əməliyyatdan sonra bir müddət keçməlidir ki, orqanizm özünü bərpa etsin. Yəni əməliyyatlar mərhələli şəkildə aparılır. Bu müddət isə onların psixologiyasına təsir edir. Yəni ümidsizlik yaradır".
Psixoloqun sözlərinə görə, bəzi qazilər silah partlamaları nəticəsində kontuziya almış olurlar. Onların şikayətləri isə tamam fərqli olur.
Güclü səs və partlamadan beyin birbaşa zədə almasa da, daxilən zədələnir, sinir sistemi pozulur. Böyük dalğanın təsirindən posttravmatik şok yaşayırlar. Bu zaman həmin şəxslərdə yaddaş pozğunluğu, əqli geriləmələr müşahidə edilə bilər və beyin aktiv formada çalışmaya bilər.
"Qazilərimiz 18-40 yaş arasındadır. Bu yaş onlar üçün həyatlarının ən aktiv fazasıdır. Ancaq onlar aldıqları travmalar nəticəsində uzun zaman yataq xəstəsi olurlar. Yataq xəstəsi olmaq hər bir halda insanın psixologiyasına təsir etmiş olur. Sağlam insan belə anidən yataq xəstəsi olduğu zaman psixoloji sıxıntılar yaşayır. Ancaq onlar yataq xəstəsi olur, əlil arabasından, əl ağacından istifadə etməli olur, dəfələrlə əməliyyat keçirməli olurlar. Bu da onlarda bəzən "sinir böhranı"na səbəb olur. Yəni duyğusal olaraq, hər şey toparlanıb birdən partlayış kimi ortaya çıxır. Bu zaman xəstə yaşadıqlarını da unuda bilir. Sıfırlanmış halda biz onun reabilitasiyasına yenidən başlamalı oluruq", - deyə o bildirib.
R.Hacıyevin sözlərinə görə, yaralanmış qazilərin çoxunda İlizarov aparatı qoşulur. Bu aparat isə sızıldayan ağrılar və yuxu pozğunluğuna səbəb olur.
Mütəxəssis qeyd edir ki, əsirlikdən azad edilən şəxslərdə ikinci infeksiyalar daha çox müşahidə edilir: "Yaralı halda əsir düşmüş şəxslərdə yaralar vaxtında təmizlənmədiyi üçün müxtəlif infeksiyalar düşür. Sonradan bu əl-qolun, ayağın və s. amputasiya edilməsi ilə nəticələnir. Bu isə onlara böyük psixoloji travma verir.
Mütəxəssisin fikrincə, bu şəxslərin reabilitasiya edilməsi uzun zaman alır, ancaq hər bir halda hər kəs onların yanında olduğunu hiss etdirməlidir.
Onlar bu dövr üçün həssas təbəqə hesab edildiyinə görə heç kim yardımı əsirgəməməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-01-2021, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-01-2021, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54