İsa Həbibbəylinin qardaşına qarşı 600 minlik dələduzluq edilibmiş
Bakıda sabiq məmura qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı məlumat vermişdik. Uzun müddət Naxçıvan Ali Məclisinin deputatı olmuş və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramovun 230 min manatı ələ keçirilib.
Musavat.com xəbər verir ki, Nəsrulla Bayramovun iş görmək adı ilə 230 min manatını Bağırov Elçin Səmid oğlu alıb və sonradan onu aldadıb.
Razılığa əsasən Elçin Bağırov ucuz qiymətə aldığı armaturu tikinti şirkətlərinə sataraq qazanc əldə edəcəkmiş. Əldə olunan gəlir isə Nəsrulla Bayramovla aralarında bölünəcəkmiş.
(Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: https://musavat.com/news/naxcivanin-taninmis-memurunun-230-minini-ele-keciren-sexs-deputatin-qardasini-da-aldadibmis-teferruat_765553.html).
Nəsrulla Bayramov pulunu geri ala bilməyəcəyini başa düşdükdən sonra rəsmi qurumlara müraciət edib. Prokurorluğa üz tutan Nəsrulla Bayramov öyrənib ki, bu, Elçin Bağırovun ilk dələduzluq əməli deyil.
Elçin Bağırov daha əvvəl də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda) törədilikdə maddəsi ilə təqsirləndirilərək həbs edilib.
Elçin Bağırovun daha əvvəl aldatdığı şəxslərdən biri də deputat İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəyli olub.
Y.Həbibbəyliyə qarşı 600 min manatlıq dələduzluq edilib. E.Bağırov həbs edildikdən sonra onun daha 13 nəfərə qarşı da dələduzluq etdiyi üzə çıxıb. O, dəymiş zərəri ödəyib və məhkəmənin hökmü ilə şərti cəza alıb.
Nəsrulla Bayramovun prokurorluğa müraciəti Yasamal Rayon Polis İdarəsinə göndərilib. Lakin Elçin Bağırov barəsində cinayət işi başlamayıb. Nəsrulla Bayramov da zərərçəkmiş kimi tanınmayıb.
Müstəntiq qərarında göstərib ki, Elçin Bağırov pulu Nəsrulla Bayramovdan yox, Habil Əliyevdən aldıb. Lakin Habil Əliyevin də zərərçəkmiş kimi tanınması mümkün olmayıb. Əsas kimi də 230 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi yox, uğursuz biznesə görə “batdığı” göstərilib.
Nəsrulla Bayramov isə deyir ki, Elçin Bağırovdan şikayət edən zaman atası onun evinə gəlib:
“Qardaşı, atası məndən xahiş edirdi ki, şikayət etməyim və pulu qaytaracaq. İlk dəfə də mən onların evinə gedib atası ilə görüşmüşəm. Atası mənə dedi ki, bu, oğlunun neçənci belə əməlidir. O zaman da məndən xahiş eləmişdi ki, şikayət etməyim. Elçin özü atasını məndən xahiş etməsi üçün göndərirdi. Əgər istintaq orqanı həmin şəxsləri çağırıb, dinləsə, məsələ aydın olacaq. Elçinin atası ilə aramızda dəfələrlə telefon danışığı olub. Əgər pulu Elçin almayıbsa, atası niyə məndən xahiş edirdi, evimə gəlirdi?”.
Qeyd edək ki, Elçin Bağırovun digər dələduzluq əməlləri də ortaya çıxıb. Daha iki zərərçəkmiş Elçin Bağırovdan hüquq mühafizə orqanlarına şikayət edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 15:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 15:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54