"Anama deyin narahat olmasın" - Vətən müharibəsinin şəhidi Etibar Nəcəfovun son sözü - FOTO
44 gün davam edən Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Uzun müddət vətən həsrəti çəkən soydaşlarımız artıq öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Təbii ki, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizə asan başa gəlmədi, bu müqəddəs yolda qəhrəman əsgər və zabitlərimiz öz canlarını fəda etdilər.
regionxeberlericom.az Trend-ə istinadən bildirir ki, belə qəhrəman igidlərimizdən biri də şəhid Nəcəfov Etibar Mehman oğludur. Etibarın valideynləri Laçın rayon Şeylanlı kənd sakinidirlər. 1992-ci ildə Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Etibarın valideynləri Ağcabədi rayonu Aran kəndinə gəliblər və burada müvəqqəti məskunlaşıblar. Etibar 1998-ci il 14 noyabrda bu kənddə dünya göz açıb. O, uşaq vaxtından idmana böyük maraq göstərib, karate və kikboksla məşğul olub, bir sıra nailiyyətlər qazanıb.
Orta məktəbi bitirdikdən sonra Etibar 2017-ci ildə müddətli hərbi xidmətə yollanıb. Xidmətini Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. 2018-ci il 2 iyul tarixində ordu sıralarından təxris olunub. Etibar Nəcəfov hərbi xidmət zamanı, eyni zamanda mülki həyatda öz nizam-intizamlılığı ilə seçilərək ətrafındakı insanların böyük hörmət və rəğbətini qazanmışdır. Etibarı cəsarətli, mərd və qorxmaz biri olaraq onu tanıyanların yaddaşında qalıb.
Etibar Nəcəfov 27 sentyabr 2020-ci il tarixində ordumuz tərəfindən başladılan əks-həmlə əməliyyatlarından sonra buna biganə qalmayaraq ölkəmizin müdafiəsi naminə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə bir neçə dəfə müraciət etsə də çağırılmayıb. Dövlət Xidmətinən geri qayıtdıqdan bir neçə saat sonra ona zəng edilib və orduya çağırılıb, elə 1 oktyabrdan Etibar döyüş bölgəsinə-Vətənin müdafiəsinə yollanır.
Həqiqi hərbi xidmətini o bölgələrdə keçmiş, xüsusi təlimlər almış Etibar döyüşlərin qızğın getdiyi bir vaxtda müharibəyə qoşulur. Döyüş yoldaşları onun qəhrəmancasına vuruşmağından, cəsarətindən, qorxmaz və dönməzliyindən ürək dolusu danışırlar. Məhz onun bu cəsarəti və dəmir iradəsi onu Qubadlıya qədər apardı. Etibarın döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı uğrunda olub və böyük qəhrəmanlıq, igidlik göstərib.
Etibar sonuncu dəfə atası Mehman Nəcəfovla telefonla danışır. Atası ondan vəziyyəti və harada olmasını soruşduqda o, "irəli gedirik və gizli şəkildə" sözlərləri ilə Qubadlı istiqamətində olduğunu deyir. Atasının bundan sonra hara gedirsiz sualına Etibar "Allah qoysa, qayıdanda deyərəm, heç bir narahatlıq yoxdur, torpaqlarımızı da tezliklə düşmən tapdağından azad edəcəyik" deyir. Son cümləsi isə "Anama deyin, narahat olmasın" olur.
Etibar Qubadlı uğrunda gedən doyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalır.
Şəhid Etibar Nəcəfov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı, həmçinin "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Paylaş:
Müəllif : Yazar
Tarix:12-01-2021, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-01-2021, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54