Dünən şəhid olan hərbçimiz dəfn edildi - FOTO
Ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə günorta saatlarında baş verib.
Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti, kapitan 1988-ci il təvəllüdlü Sərxan Muxtarov şəhid olub, sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanaraq hospitala çatdırılıb.
Bu gün Gəncədə şəhid kapitanın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.
Qeyd edilib ki, şəhidimizin atası İlqar Muxtarov da I Qarabağ müharibəsi iştiraçısı olub, şəhidin qardaşı isə zabitdir, “N” saylı hərbi hissədə xidmət edir.
Sonda mərasimdə yaylım atəşi açılıb.
Qeyd edək ki, hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər.

Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2021, 17:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2021, 17:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…