reklam
Regionxeberlericom.az » Hadisə » 13 -cü ”zon”da müəammalı məhbus ölümü - Penitensiar Xidmət təkzib edir...

reklam

13 -cü ”zon”da müəammalı məhbus ölümü - Penitensiar Xidmət təkzib edir...


Ədliyyə Nazirliyinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlardan birinin işgəncə nəticəsində dünyasını dəyişməsi barədə iddia yayılıb.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, Gəncə sakini olan Röyal adlı məhkum bir neçə gündür ki, cərimə təcridxanasında saxlanılırmış. Onun hər gün mütəmadi olaraq döyüldüyü bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Gununsesi.info-nun sorğusuna cavab olaraq, ölüm faktını təsdiqləyib.

Məhkumun işgəncədən ölməsi barədə iddianı isıə təkzib edən Mehman Sadıqov bildirib ki, ölüm səbəbi təyin olunmuş eksptertizanın nəticəsindən bəlli olacaq.

”İlkin məlumata görə, məhkumun ölüm səbəbi ürək çatışmamazlığıdır” deyən Mehman Sadıqov əlavə şərh verməkdən imtina edib.


Paylaş:


Müəllif : Tarix:
14-01-2021, 09:40
Sikayət   


loading...
Загрузка...