Masallıda 66 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək öldürülüb - VİDEO
Masallıda mübahisə 66 yaşlı kişinin ölümünə səbəb olub.
regionxeberlericom.az-un ONA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini, 1953-cü il təvəllüdlü Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov bir qrup şəxs tərəfindən döyülüb. Halı pisləşən kişini yaxınları Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, B.Rəhmanov yolda dünyasını dəyişib.
Məlumata görə, B.Rəhmanov şəxsi münasibətlər zəminində döyülüb. Belə ki, su kollektorunun üzərindən paybəlli torpaqlara keçid üçün istifadə olunan körpünün dağıdılması nəticəsində tərəflər arasında mübahisə yaranıb. “Qazel” markalı mikroavtobusla gələn 5 nəfər - Vəfadar, Elnur, Pərvin, Telman və İlham adlı şəxslər mal-qaranın onların torpaqlarına keçməsini əsas gətirərək körpünü dağıtmağa başlayıblar. Xəbər vermədən evinin qarşısında söküntü işləri aparanlara B.Rəhmanov mane olmağa çalışıb. Hadisə şahidlərinin sözlərinə görə, mərhum həmin şəxslər tərəfindən döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Bu da sonradan onun ölümünə səbəb olub.
Mərhumun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təqdim edilib.
Faktın təfərrüatları rayon Prokurorluğu tərəfindən araşdırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2019, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-05-2019, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39