Suriyada neft emalı zavodunda yanğın baş verib - VİDEO
Suriyanın Homs şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış olub.
Bu barədə SANA informasiya agentliyi məlumat verib.
Hadisə gecə saatlarında, xam neftin daşındığı avtosisternlərin dayanacağında baş verib. İlkin məlumatlara görə, neftin sisternlərdən boşaldılması zamanı partlayış və ardından yanğın baş verib. Yanğın əvvəlcə neft daşıyan avtomobilləri öz cənginə alıb və onun anbar ərazisinə keçmə təhlükəsi yaranıb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və könüllülər cəlb olunub. Ekskavatorlar vasitəsiylə odun üstünə qum tökməklə yanğını lokallaşdırmaq mümkün olub.
Zavod rəhbərliyi bildirib ki, neftin avtosisternlərlə daşınması məcburi və müvəqqəti xarakter daşıyır. Belə ki, terrorçuların neft kəmərini partlatması nəticəsində, hazırda təchizat məhz bu yolla aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-01-2021, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-01-2021, 14:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48