Bayraq sancarkən şəhid olan bölük komandiri...
Vətən müharibəsində şəhid olan hərbçilərimizdən biri də 22 yaşlı Coşqun Xəlilovdur.
Leytenant C. Xəlilov Neftçala rayonu Xolqaraqaşlı kəndində ziyalı ailəsində anadan olub. O, 2015 -ci ildə Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbinə daxil olub. Ali məktəbi əla və yaxşı qiymətlərlə bitirib.
2019-cu ildə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə leytenant olaraq əmək fəaliyyətinə başlayıb və hərbi hissənin tağım komandiri olub. İşlədiyi müddət ərzində 3 dəfə fəxri fərman alıb. Döyüş zamanı bölük komandiri vəzifəsinə təyin olunub.
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən, azad olunmuş əraziyə üç rəngli bayrağımızı sancan zaman ürəyindən aldığı snayper gülləsi nəticəsində şəhidlik məqamına yüksəlib.
Şəhid leytenant ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhidin bacısı Aynur Xəlilova “Qafqazinfo”ya bildirib ki, şəhadətə yüksələcəyi qardaşının ürəyinə danıbmış: “Müharibəyə getmədən qabaq dedi ki, şəhid olacaq. Döyüş başlayandan demək olar ki, bizimlə əlaqə saxlamadı. Biz ailədə iki bacı, bir qardaş idik. Şəhid qardaşım subay idi. Həmişə deyirdi ki, hərbiyə gedib komandir olacaq.
Qardaşımla bir qrupda oxuyan tələbə dostlarından bir neçəsi şəhid olub. Onun iki ən yaxın dostu da şəhadətə yüksəlib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2021, 17:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-01-2021, 17:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57