
Samux sakinindən narkotik aşkar edilib - FOTO
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin (QBRŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş, Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik torabada, təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.
A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-01-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif :
Yazar
Tarix:28-01-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…
