İstanbulda qətl: azərbaycanlı Hikmət və Cabir tutuldu
İstanbulda kirayə qaldıqları evdə tanışlarını qətlə yetirən iki Azərbaycan vətəndaşı polisin keçirdiyi əməliyyatla bir gün sonra yaxalayıb.
Ötən həftənin cümə günü İstanbulun Mecidiyeköy Məhəlləsində Azərbaycan vətəndaşları Cabir R. (24 yaş) və Hikmət T. (28 yaş) Türkiyə vətəndaşı Rasim Kocamanla birlikdə gündəlik haqq ödəməklə kirayə ev tutublar. Səhər saat 07.50 radələrində üç tanış arasında pul məsələsinə görə mübahisə başlayıb. Ardınca evdən silah səsi gəlib.
Həmin binada yaşayan qonşular silah səsini eşidərək polis və təcili tibbi yardıma xəbər veriblər. Hadisə yerinə gələn polis və təcili yardım işçiləri Rasim Kocamanın boynundan vurularaq hadisə yerində həyatını itirdiyini təsbit ediblər.
Virtualaz.org yazır ki, polis şübhəlilərdən Cabir R.-i evində yaxalayıb. Digər şübhəlini yaxalamaq üçün videomüşahidə kameralarının görüntülərini araşdırıblar və Hikmət T.-ni Kocaelinin Darıca rayonunda cinayətdə istifadə olunan silahla yaxalayıblar.
Hər iki şübhəli ilkin dindirmədə bir-birlərini günahlandırıblar və Rasim Kocamanı “səhvən öldürdüklərini” deyiblər. Araşdırma zamanı Hikmət T.-nin müxtəlif cinayətlərə adı qarışdığı təsbit edilib, Cabir R.-in isə Türkiyədə qalmaq icazəsinin, pasportunun və şəxsiyyətini təsdiq edən hər hansı digər sənədinin olmadığı üzə çıxıb. Onun üstündən ancaq doğum şəhadətnaməsi çıxıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2021, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-01-2021, 13:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
13-01-2025, 08:27