Şəkidə poltergeyst: Ailə qorxudan evində gecələyə bilmir - FOTO
Müəmmalı yanğınlar Şəki rayonunun Turan qəsəbəsində yaşayan Məmmədovlar ailəsini qorxuya salıb. Ev sahibi Rəcəbəli Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, evin nə zaman tikildiyini bilmir. Özü isə ailəsi ilə birgə 2009-cu ildən burada yaşayır. Müəmmalı yanğın fevralın 10-dan başlayıb və ilk yanan uşaq çarpayısı olub.
“Otaqdakı divarın dibində uşaq çarpayısı var idi. Saat 16-17 radələrində uşaqlar toyuqları yemləyirmişlər həyətdə. Bu tərəfə gələndə görüblər ki, qapıdan tüstü çıxır. Mən küçədə idim, zəng edib dedilər. Mən gələnə kimi qonşunun köməyi ilə söndürüblər. Axşam oturub çörəyimizi yedik. Bir az sonra ortancıl qızım görüb ki, o biri otaq küncdən yanır. Onu da söndürdük. Gedib nərdivanı gətirdim ki, evin damına baxım. Oraya çıxanda da dedilər ki, üçüncü otaq yanır. Aşağıya düşüb onu da söndürdüm”.
Evdəki bütün əşyalar qonşuların köməyi ilə bayıra çıxarılıb və həyətə yığılıb. Lakin bu da otaqlardakı yanğınlara təsir etməyib. Fevralın 11-də səhər saatlarında isə şkafdakı parça yanmağa başlayıb. Onu isə qonşuluqda yaşayan müəllim Məzahir Quliyev söndürüb.
“Bu gün səhər uşaq qaça-qaça gəldi ki, şkaf yanır. Gedib gördüm ki, şkafın alt gözündə uşaq paltarı var. O yanıb qəfildən. Tez söndürdük. İlk dəfədir ki, belə bir şey görürəm. Əvvəllər televizorda görüb-eşitmişdim. Bu gün öz gözümlə gördüm”, – Məzahir Quliyev qeyd edib.
Ev sakini Gülnar Məmmədova deyir ki, yanğınların səbəbini bilmirlər. Bu da onları daha çox vahimələndirir.
“Çörək yeyib gələndə uşaq dedi ki, bu otağın küncü yanır. Tez su atıb söndürdük. Sonra da yoldaşımı çağırdıq. Səbəbini bilmirik. Alışan yerlər elektrik xəttinə yaxın deyil. Otaqda qaz da yoxdur”, – deyə G. Məmmədova əlavə edib.
Yanğının yaranma səbəbini öyrənmək üçün qonşular səhərə kimi keşik çəkiblər. Amma heç bir nəticəsi olmayıb.
Ev sahibinin qonşusu Valeh Bağırov: “Axşam eşitdik ki, belə bir hadisə baş verib. Səhərə qədər burada qaldıq. Yatmamışdıq. Bu şkaf boş idi, içində bir uşaq paltarı var idi. Evə gedən kimi eşitdik ki, bu da alışıb”, –deyərək heyrətini gizlətməyib.
İndi Məmmədovlar ailəsi qorxudan həyətdə və qonşuların evində gecələyir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2021, 14:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2021, 14:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35